Product Safety Stage

Könüllü Təhlükəsizlik Tədbiri

Logo Bosch
Logo Siemens

ÖNƏMLİ TƏHLÜKƏSİZLİK BİLDİRİŞİ

Qazla çalışan mətbəx cihazlarındakı qaz birləşdirici avadanlıqda MÜMKÜN PARTLAYIŞ RİSKİ.
Kampaniyaya daxil olan qazla çalışan mətbəx cihazlarının sahiblərinin aşağıdakı təhlükəsizlik bildirişinə uyğun olmağı tələb olunur.

 
Quraşdırılmış qaz plitəsi Quraşdırılmış qaz plitəsi
Ayrı dayanan qaz plitəsi Ayrı dayanan qaz plitəsi
Masaüstü Qaz Plitəsi Masaüstü Qaz Plitəsi
 

Azərbaycanda, aşağıdakı dövrdə istehsal edilən və aşağıdakı ada sahib qazlı bişirmə cihazları kampaniya əhatəsindədir: Yanvar 2004 - Oktyabr 2011 : Bosch - Ankastr Plitə -01/2009-10/2011, Bosch-Solo Qazlı Soba-08/2006-10/2011, Bosch MNQ Stol üstü Plitə-01/2009-10/2011 və Bosch təbii qazlı Stol üstü Plitə-01/2004-10/2011, Siemens-Ankastr Plitə-01/2009-10/2011, Siemens-Solo Qazlı Soba-08/2006-10/2011, Siemens MNQ Stol Üstü Plitə-01/2009-10/2011 və Siemens təbii qazlı Stol Üstü Plitə 01/2004-07/2006

Bunun səbəbi quraşdırılmış birləşdirici qaz elementlərinin zədəli olmasıdır.

Hər hansı bir potensial təhlükənin qarşısının alınması məqsədilə kampaniyaya daxil olan cihazların sahibləri dərhal cihaza gələn qazı kəsməli və birləşdirici avadanlıq dəyişdirilənə qədər cihazı istifadə etməməlidirlər.
BSH bütün sadalanan qazla çalışan mətbəx cihazlarının sahiblərini cihazlarının bu təhlükəsizlik kampaniyaya daxil olub olmadığını yoxlamağa çağırır. BSH kampaniyaya daxil olan bütün cihaz sahiblərinə səlahiyyətli bir xidmət mühəndisi tərəfindən cihaz sahibinin evində birləşdirici qaz elementlərinin ödənişsiz dəyişdirilməsi xidmətini təqdim edir.
Yaratdığımız narahatlığa görə üzr istəyirik və anlayışınız və səbriniz üçün sizə təşəkkür edirik. Cihazınızın kampaniyaya daxil olub olmadığını yoxlaması zamanı və ya başqa problemlərlə üzləşdiyiniz halda bizə zəng etməyiniz xahiş olunur.

 

1. Aşağıdakı şəkildə cihazınızın kampaniyaya daxil olub olmadığını yoxlayın:

Yuxarıda göstərilən cihaza diqqətli bir şəkildə baxın. Sizin cihazınıza bənzəyirsə, könüllü təhlükəsizlik tədbiri çərçivəsinə daxil olub olmadığını yoxlayın.
Xahiş olunur, cihazınızın istehsalçı lövhəsinin (aşağıdakı rəqəmlərə baxın) üzərindəki model nömrəsini (E-Nr.) və dörd xanalı seriya nömrəsini (FD) qeyd edin.

Quraşdırılmış qaz plitəsi

Sağ tərəfdə nəzarət düymələri olan 60 sm enindəki quraşdırılmış qaz plitələri kampaniyaya daxil ola bilər.

Quraşdırılmış qaz plitəsi

Ayrı dayanan qaz plitəsi

Çəkməcəli və ya çəkməcəsiz qazla çalışan mətbəx cihazları bu kampaniyaya daxil ola bilər.

Ayrı dayanan qaz plitəsi

Masaüstü Qaz Plitəsi

Çalışma səthi ÜZƏRİNDƏ yer alan Kampaniyaya daxil olan masaüstü qazlı plitələr (aşağıdakı şəkilə baxın).

Masaüstü Qaz Plitəsi
 

2. Cihazınızın kampaniyaya daxil olub olmadığını müəyyən etmək üçün bu nömrələri xanalara yazmağınız xahiş olunur.

məs.. HGV74W355A/01 (tam rəqəmi yazın)
məs. 8912
* Elektron poçt ünvanınızı reklam məqsədilə deyil, yalnız bu könüllü kampaniya çərçivəsində istifadə edəcəyik. Bundan əlavə, yoxlamanın nəticələrini verdiyiniz elektron poçt ünvanına göndərəcəyik.
 

Səlahiyyət Servis nömrələri: Yurd Service MMC: +994 12 480 33 01 / Baku Service Company: +994 12 530 90 35